Daily Mail nəşri yazır ki, Danimarkanın Orxus şəhərinin zərif sənətlər muzeyində ziyarətçilər 170 min dollarlıq Lamborghini Gallardo markalı qara avtomobili çızıb və üzərinə yazılar yazıblar.
Nəşr qeyd edir ki, avtomobil ötən ilin sentyabrından muzeydədir.
“Heç bir insan ada deyil” adlı sərgi çərçivəsində ziyarətçilərə avtomobilin kapotu, təkərləri və pəncərələri üzərində müxtəlif yazılar yazmağa icazə veriblər. Bir çoxu fürsətdən istifadə edərək avtomobilin üstünə sevgi etirafları, öz adlarını, hətta ev heyvanlarının belə adlarını yazıblar. Ziyarətçilərdən kimsə hətta Şkoda avtomobili olan çexiyalı istehsalçının adını cızıb.
İdeyanın müəllifi Dolk Lundqrenin fikrincə, indi Lamborghini “tamamlanmış forma əldə etməklə yanaşı, incəsənət əsərinə çevrilib”.
Həmçinin qeyd edilir ki, bu aksiya “hər bir hərəkətin və sözün cəmiyyətə” etdiyi təsiri göstərir.
Avtomobilin sahibi bildirib ki, nəqliyyat vasitəsini rəngləməklə onu “məhv etməyə” hazırlaşmır.