Azərbaycanda bu ilin may ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,3% artım qeydə alınıb.

AvtoReyd.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbərə verir.

Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb. Velosipedlərin qiyməti isə yanvarda 0,7% bahalaşıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1% artıb.

Rəsmi statistikaya əsasən, mayda 1 minik avtomobili üçün orta qiymət 34 371 manat, velosiped üçün isə 163 manat təşkil edib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.