Səudiyyə Ərəbistanında
Səudiyyə Ərəbistanı dünyada qadınlara avtomobil idarə etməyi qadağan edən yeganə ölkədir. Gender bərabərliyi indeksi üzrə dünya ölkələri reytinqinə əsasən (indeks, dünya ölkələrində qadınlar və kişilər arasında müxtəlif sahələrdə: təhsil, iqtisadiyyat, həmçinin vətəndaş hüquqları ilə bağlı mövcud olan gender balansının səviyyəsini müəyyən edir) 2012-ci ildə Səudiyyə Ərəbistanı 154 ölkə arasında sondan 11-ci yeri tutub, onun indeksi 0,37 olub. Buradan belə qənaətə gəlinir ki, Səudiyyə Ərəbistanı kişilər və qadınlar arasında ən böyük hüquqi bərabərsizliyin mövcud olduğu ölkələrdən biridir.
Əgər Avropa ölkələriylə müqayisə etsək, onda Səudiyyə Ərəbistanında qadının hüquqları harada isə Qərb dövlətlərində uşaq hüquqları ilə eyni səviyyədədir. Bu ölkədə qadına səs vermək, oxumaq, həyat yoldaşının və ya yaxın qohumunun icazəsi olmadan xaricə getmək qadağandır.
Səudiyyə Ərəbistanında ölkə daxilində də qadının səfərə çıxmağı ilə bağlı vəziyyət çox çətindir. Birincisi, qadın ərinin və ya qohumunun müşayiəti olmadan evi tərk edə bilməz. İkincisi, qadınlara, əsasən, ictimai nəqliyyat xidmətlərindən istifadə etməyə icazə verilməyib, taksidən istifadə etmək də arzu olunmazdır. Üçüncüsü, qadınların avtobus və qatarlara girişinə məhdudiyyətləri var. Burada qadınlar üçün hətta ayrıca girişi olan xüsusi seksiyalar var. Belə yerlər avtobusun ən son hissəsində olur. Ər-Riyad və Ciddədə avtobus şirkətlərinin əksəriyyəti heç qadın sərnişinlərin daşınılmasını həyata keçirmir. Və əlbəttə, ən əsas qadağa – qadınlar avtomobil idarə edə bilməz!
Səudiyyə Ərəbistanında qadınlara avtomobil sürmək olmaz, hərçənd ki, bu qadağa kəndlərdə tez-tez pozulur. Maraqlısı isə odur ki, ölkədə qadınlara bunu qadağan edən qanunu yoxdur, sadəcə avtomobil idarə etmək üçün onlara sürücülük vəsiqəsi verilmir, hətta xarici sürücülük vəsiqələri olsa belə. Bundan əlavə, bu ölkənin əksər alim və din xadimləri hesab edirlər ki, əgər qadın avtomobil sürürsə –böyük günah edir. Müəyyən şəxslər isə hətta qadınları ehtiyatlı olmağa çağırır. Onların fikrincə əgər qadın sükan arxasında çox oturarsa, dünyaya xəstə övlad gətirə bilər.
Qadınlara avtomobil idarə etməyi qadağan edən arqumentlər:
Avtomobil idarə edərkən qadın sükan arxasında üzü örtülü olmayacaq.
Əgər qadın avtomobil sürməyi öyrənsə tez-tez evdən çıxmalı olacaq və ailəsi qarşısında olan vəzifələrini unudacaq.
Yolda bir hadisə qeydə alınarsa, qarşı tərəfdən olan yad kişiylə insidentə görə ünsiyyətə girməli olacaq.
Belə də ola bilsin ki, sürücülük vəsiqəsi alan qadınlar yollarda çoxalacaq və kişilər avtomobil idarə edə bilməyəcək və ya çətinlik çəkəcəklər.
Qeyd etməyə dəyər ki, Səudiyyə Ərəbistanında qadınların çoxu avtomobili idarə etmək hüququ uğrunda var qüvvələri ilə mübarizə aparırlar. Məsələn, 2013-cü ilin sonlarında Səudiyyə Ərəbistanından olan onlarla qadın feminist xarakterli etiraz dolu avtomobil yarışı keçirib. Hansı ki, 1990-cı ildən üzü bu yana sayca 3-cü olub. Nəticədə, avtomobil sürmək arzusunda olan 16 qadının hər biri 80 dollar məbləğində cərimə olunub. Saxlanılan avtomobillərin açarları isə onların kişi qohumlarına qaytarılıb, qadınlara isə bu istəklərindən imtina etmək qalıb. Xatırladaq ki, bu dəfə etiraz edən xanımlar, 1990-cı illə müqayisədə canlarını asan qurtarıblar. Belə ki, o zaman belə aksiyada iştirak edən qadınlar ya həbs olunmuşdu, ya da işdən çıxarılmışdı.
Qeyd edək ki, qadınların bu cəhdləri heç bir arzu olunan nəticə verməsə də, heç olmasa son bir neçə il ərzində Səudiyyə Ərəbistanında onlara hələ ki, yalnız parklarda velosiped sürməyə icazə verilib.
Hindistanda
Digər ölkələrə gəlincə, gender bərabərliyi indeksi üzrə Səudiyyə Ərəbistanıyla demək olar ki, eyni səviyyədə olan Hindistanda da, yollarda qadınların hüquqları məhdudlaşdırılır. Məsələn, motosikl idarə edən zaman qadın dəbilqədən istifadə etməyə bilər. Elə bu icazəyə görə də, hər il Hindistan yollarında baş verən qəzalarda minlərlə qadın həyatını itirir. Bu qanun guya qadınların saç düzümü və makiyajını korlamamaqdan ötrü düşünülüb. Lakin qanunun bəzi əleyhdarları deyirlər ki, Hindistanda sadəcə qadının həyatı qiymətləndirilmir.