Avtoreyd.Az Avtoxəbər Azərbaycanın “Khazar”i (Video)

Azərbaycanın “Khazar”i (Video)


İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Neftçala Sənaye Məhəlləsində yerləşən “Khazar” Avtomobil Zavoduna mediatur təşkil edilib.

“Report” xəbər verir ki, mediatur çərçivəsində jurnalistlərə zavodda istehsal olunan avtomobillər haqqında məlumat verilib, istehsal olunmuş maşınların sınaqları keçirilib.

“Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, hazırda “Khazar SD” və “Khazar LD” seriyalarında 100 avtomobil istehsal edilib, bu həftədən isə həmin avtomobillərin satışına başlanılacaq: “Ayda 160 ədəd avtomobil istehsalı planlaşdırılır. “Khazar SD” 16 min manata, “Khazar LD” isə 18 min manata təqdim edilir. Hazırda Azərbaycanda bu sinfə daxil olan avtomobillərin qiyməti 22 min manatdan başlayır. “Khazar” avtomobillərini kredit və lizinq şərti ilə 4 il müddətinə əldə etmək olar. Lizinq üzrə ilkin ödəniş 20%, kredit üzrə isə minimum 50%-dir. İllik faiz dərəcəsi 18% civarındadır”.

Onun sözlərinə görə, ilin sonuna qədər digər modellərin də istehsalı gözlənilir: “İlin sonunacan aşağı sinif avtomobillərin istehsalına da başlamağı düşünürük. Onların qiyməti isə 14 min manatdan başlayacaq. Hazırda istehsal edilən avtomobillər mexaniki ötürücü qutusuna malikdir. Gələcəkdə avtomat ötürücü qutusuna malik avtomobillərin də istehsalı nəzərdə tutulub ki, onların da qiyməti mexanikilərdən 1000-1500 manat baha olacaq”.

“Azərmaş” rəsmisi bir sıra hökumət qurumlarının yeni avtomobilləri sifariş verdiyini də açıqlayıb: “Azərbaycanın İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri, həmçinin Mərkəzi Seçki Komissiyası (MSK), ümumilikdə, 40 avtomobil sifariş verib. Ümid edirik ki, bu sifarişlər daha da artacaq”.

Qeyd edək ki, “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin ən böyük rezidentidir. Zavodu “Azərmaş” ASC və “İran Khodro” şirkəti birgə yaradıb.

Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25%-lik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulan zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Azərbaycan və İran prezidentləri bu il martın 29-da zavodun açılışını gerçəkləşdiriblər.

AvtoReyd.Az

Related Post

Kamil Zeynallının sükan arxasında bu görüntüləri rekord qırır – VİDEOKamil Zeynallının sükan arxasında bu görüntüləri rekord qırır – VİDEO

Tanınmış idmançı Kamil Zeynallı “İnstaqram” hesabında maraqlı görüntülər paylaşıb. AvtoReyd.Az xəbər verir ki, idmançı sükan arxasında  təhlükəsizlik kəməri taxmadan,ara sıra sükanı buraxaraq mahni oxuyur.Kimin üçün maraqlı,kimin üçün isə,təhlükəli hərəkətləri ilə diqqət çəkib.Görəsən