Avtoreyd.Az Dörd çarx Bakı-Batumi avtobus reysi açılır

Bakı-Batumi avtobus reysi açılır


İyul ayının 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

“APA-Economics”in məlumatına görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə – Batumi şəhərinə isə növbəti gün saat 9:00-da çatacaq.

Avtobusların Batumidən yola düşmə vaxtı isə 3,5,7-ci günlər saat 10:00-da olacaq. Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizini təşkil edir.

“Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər. Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyə edirik ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar”, – deyə məlumatda vurğulanıb.

AvtoReyd.Az

Related Post

Formula 1: “Haas” komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər(Foto)Formula 1: “Haas” komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər(Foto)

Formula 1 üzrə Azərbaycan Qran Prisinin iştirakçısı olan “Haas” komandasının pilotları – Roman Qrojan və Kevin Maqnussenin iştirakı ilə avtoqraf sessiyası keçirilib.AvtoReyd.Az “Report”un məlumatına görə,bildirir ki, Bakı Bulvarında baş tutan

BNA dəmiryol keçidlərində yol nişanlarıni əlavə etməyə başlayıb (Foto)BNA dəmiryol keçidlərində yol nişanlarıni əlavə etməyə başlayıb (Foto)

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb. Bu barədə AvtoReyd.Az–a BNA-dan bildirilib. Qeyd edilib ki, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan