Havaların anomal isti keçməsi avtomobil sahiblərinidə çətin vəziyyətdə qoyub. Son günlər xüsusəndə avtomobil mühərrikini soyudan mayenin qaynaması səbəbi ilə ustalara müraciət edənlər artıb. Bu hal isə sürücüyə böyük maddi ziyan vurur. Ustalar isə xüsusəndə belə isti günlərdə sürücülərin bir neçə nüansa diqqət etməsini vacib sayır.
Havaların anomal isti keçməsi səbəbi ilə avtomobillərdə tez-tez nasazlıqlar yaşanır. Ən çox müşahidə edilən nasazlıq isə avtomobilin mühərrikini soyudan mayenin həddindən artıq qızması və mühərriki sıradan çıxarmasıdır. Xüsusəndə istehsal ili 10 ili ötmüş avtomobillərdə bu hal daha çox müşahidə edilir.
Ustalar isə sürücüləri diqqətli olmağa çağırır. Mühhəriki soyudan mayenin qızmasına bir neçə amil səbəb ola bilər.
Əgər sürücü avtomobildə tempraturun normadan çox artıdığını görürsə bu zaman avtomobili gücə salmamaq, tıxaclı yola girməmək və kənara çəkib saxlamaq lazımdır. Hətta əgər imkan varsa ön barmağlığa su vurulmasıda yaxşı olar.
Mühərrikin normadan çox qızmasına həttə şin lərdəki havanın az olmasıda səbəb ola bilər. Bunun üçün yay aylarında şinlərin havasının normada saxlanılmasıda vacibdir. Bundan əlavə qızma səbəbi ilə yanacaq nasosununda tez-tez sıradan çıxması müşahidə edilir ki, bunun qarşısını almaq üçündə avtomobilin yanacaq çəninin minimum yarıya qədər dolu olması məsləhət görülür.