Avtoreyd.Az Dörd çarx Bu yollarda rənglənmə və təmir işləri aparılır

Bu yollarda rənglənmə və təmir işləri aparılır


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən Xırdalan dairəsinə kimi, həmçinin Ziya Bünyadov prospekti, Koroğlu dairəsindən 20 Yanvar istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Bundan başqa Bakı-Quba avtomobil yolunun 45-52 kilometrliyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri də aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.Bu barədə AvtoReyd.Az-a Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib.

Related Post

Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir (Video+Foto)Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir (Video+Foto)

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına, həmçinin regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yeniləşməsi və müasirləşməsi istiqamətində kompleks tədbirlər həyata keçirir.