Bakı Nəqliyyat Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir. Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir.

Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik.

 AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.