Avtoreyd.Az Gündəm Bakı-Sumqayıt elektrik qatarları cədvəl üzrə hərəkət edir

Bakı-Sumqayıt elektrik qatarları cədvəl üzrə hərəkət edir


İyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakıdan bölgələrə gedən və bölgələrdən Bakı Sərnişin Stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.

AvtoReyd.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Astara-Horadiz-Bakı sərnişin qatarı vaxtında, Böyük Kəsik-Bakı sərnişin qatarı bir saat yarım gecikmə ilə artıq Bakı Sərnişin Stansiyasına çatıb. Digər sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir.

Bu gün Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün, gün ərzində iki dəfə olmaqla, bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılır.

Related Post

Azərbaycanda ucuz qiymətə avtomobillər satışa çıxarılır: KİA Sportage 4000, Volkswagen Polo 1600 AZN (SİYAHI)Azərbaycanda ucuz qiymətə avtomobillər satışa çıxarılır: KİA Sportage 4000, Volkswagen Polo 1600 AZN (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi 31 oktyabrda hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.  BAKU.WS-in məlumatına görə, siyahıda 3 avtomobil təqdim olunacaq: 1-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat

Metronun “Sahil” stansiyasının təmirə bağlanacağı vaxt açıqlandıMetronun “Sahil” stansiyasının təmirə bağlanacağı vaxt açıqlandı

Avqustun 21-də səhər saatlarından metronun “Sahil” stansiyası təmirə bağlanır. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən AvtoReyd.Az-a verilən məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe”