Avtoreyd.Az Avtoxəbər Ferrari 488 bazasında Mansory – FOTO

Ferrari 488 bazasında Mansory – FOTO


Cenevrə 2017 avtosalonunda Mansory tüninq atelyesi məxsusi Ferrari 488 Spider versiyasını təqdim etdi. O, Siracusa Spider adı alıb.

AvtoReyd.Az auto.az-a istinadən bildirir ki, alman tünerlər italyan superkarı üçün qabaq splitterdən, yan ətəklərdən, palçıq qoruyucularından və arxa diffuzordan ibarət rəngsiz karbondan asma hazırlayıblar. Modelin eksteryerinin işlənilməsində şirkət, həmçinin İtaliya bayrağının rənglərindən istifadə edib, təkərlər isə 20-düymlük qızılı rənglidir.

Mansory mütəxəssisləri təkcə interyerin və eksteryerin təkmilləşdirilməsi ilə kifayətlənməyiblər. Atelyedə, həmçinin spayderin asılqanını 20 mm aşağı salıblar, 3,9-litrlik tvin-turbo səkkizliyin məhsuldarlığını isə 780 a.g.-dək artırıblar. Bu, standart versiyadan 110 a.g. çoxdur.

Nəticədə Mansory Siracusa Spider yerindən ilk yüzlüyə 2,9 saniyəyə (-0,1) sürətlənir, maksimal sürət isə 341 km/saatdır. Qiymət barədə məlumat verilmir.

AvtoReyd.Az

 

Related Post

Yolda ŞOK OLAY: hərəkətdə olan maşından çıxdı ki, “CİP”-in sürücüsünü VURSUN, AMMA… – ANBAAN VİDEOYolda ŞOK OLAY: hərəkətdə olan maşından çıxdı ki, “CİP”-in sürücüsünü VURSUN, AMMA… – ANBAAN VİDEO

Yolda qəribə anlar yaşanıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobildə olan bir şəxs şüşdən çıxaraq “CİP”-in sürücüsünü vurmaq istəyib, elə ondaca qapı açılıb və həmin şəxs yerə yıxılıb. Həmin görüntüləri təqdim

Bazarda keyfiyyətsiz akkumlyatorlar var: Bəs keyfiyyətli akkumlyatoru necə seçməli? – VİDEOBazarda keyfiyyətsiz akkumlyatorlar var: Bəs keyfiyyətli akkumlyatoru necə seçməli? – VİDEO

Avtomobil sahibləri bazarda keyfiyyətsiz akkumlyatorların olmasından və seçim etməkdə çətinlik çəkdiklərindən şikayətçidirlər. Xezerxeber.az məlumat verir ki, sürücülər öncədən aldıqları akkumlyatorların daha çox işlədiyini deyirlər. Hazırda bazara gətirilən və satılan akkumlyatorların