Avtoreyd.Az Maraqlı Kim Çen In Lada Priora-da hərbiçilərə baş çəkdi

Kim Çen In Lada Priora-da hərbiçilərə baş çəkdi


AvtoReyd.Az “Yonxap” agentliyinə istinadən xəbər verir ki,Şimali koreya lideri Kim Çen In Sarı dəniz adalarında yerləşən qoşun hissəsinə yoxlamaq üçün gəlib.Agentlik tərəfindən dərc edilmiş şəkillərə əsasən öz səfərini Koreya Xalq Demokratik Respublikasının lideri Rusiya istehsalı Lada Priora avtomobilində edib. Fotoda görünür ki, Kim Çen In tünd yaşıl rəngli avtomobilin arxa tərəfində oturub.Mayda məlum oldu ki, Lada avtomobillərinin Priora, Granta və Kalina modellərinin istehsalı iyulda dayandırılacaq. “Avtovazda” bunu restaylinqlə əlaqədar olduğunu bildiriblər.

Lada Priora öz seriyasında ən satılan avtomobildir.Rusiya alıcıların arasında o 2009 və 2012-ci ildə ən məşhur avtomobil idi. 2017-ci ilin Apreldə Priora avtomobillərinin buraxılış sayı milyona çatıb. Onların yığımı Tolyattidə və Çeçenistanın Arqun şəhərində zavodlarda həyata keçirilir.

AvtoReyd.Az

Related Post

Yaponiyada dünyada robotlarla çalışan ilk “tənbəl” mehmanxana fəaliyyət göstərir (Video)Yaponiyada dünyada robotlarla çalışan ilk “tənbəl” mehmanxana fəaliyyət göstərir (Video)

Avtoreyd.az  bildirir ki, Yaponiyanın Naqasaki şəhərində bütün əməkdaşları robotlar olan dünyada ilk mehmanxana fəaliyyət göstərir. Müştərilərin qeydiyyatı masası arxasında xanım-robot, dinozavr və kiçik android xidmət göstərir. Onlar nömrəyə yerləşməyi izah