Avtoreyd.Az Gündəm İlk avtomobil dövlət nömrə nişanları nə vaxt və harada meydana gəlib?

İlk avtomobil dövlət nömrə nişanları nə vaxt və harada meydana gəlib?

| | 0 Comments | 05:33

 

18-19-cu əsrlərdə hələ avtomobillərin olmadığı bir vaxtda, dünyada ilk nömrə nişanları meydana gəlib. Bəs yaxşı sual yaranır ki, həmin nömrə nişanları avtomobil yox idisə hara bərkidilirdi? Düz- faytonlara! Məhz fayton və o dövrün digər minik vasitələrində,  ilk dəfə olaraq müxtəlif rəqəmlər olan  lövhəciklər görünməyə başladı!

1812-ci ildə Rusiya imperiyası xəzinəyə daxil olan vergilərin yığılmasına nəzarəti daha da gücləndirmək üçün bütün şəxsi fəaliyyət  göstərən arabaçıları öz minik vasitələrinə nömrə nişanları bərkitməyə məcbur edib. Bu, bir növ nəqliyyat vasitəsi üçün qeydiyyat nömrəsi demək idi.

Qəribə olsa da, amma ilk avtomobillər meydana çıxanda, heç kəsin ağlına belə gəlməyib ki, onlara nömrə nişanları lazımdır. O zaman avtomobillər hamıya qeyri-adi, qəribə göründüyündən, insanlar bu möcüzəylə necə davranmağı belə düz-əməlli bilmirdi.  Və belə vəziyyət uzun müddəti davam edib.

Belə də ki, ilk avtomobillərə  nömrə nişanlarının bərkidilməsi nəyə lazım idi? Bu cür “atsız arabalardan” cəmi bir neçə dənə idi və onların sahiblərini də hamı üzdən tanıyırdı. Bundan başqa, gələcəkdə avtomobillərin sayının kütləvi şəkildə artacağına və əksər insanların avtomobil sahibi olacağına çox az adam inanırdı. Məsələn, 1895-ci ildə ABŞ-da cəmi 4 avtomobil olub, 1899-cu ildə Rusiya İmperiyasında,  Sankt-Peterburqda isə cəmi bir ədəd! Məntiqi cəhətdən fikir verəndə, bu baxımdan o dövrə görə avtomobil üçün  qeydiyyat nişanı nəyə lazım idi?

At arabaları ilə vəziyyət isə tamam fərqli idi. Çünki onların sayı kifayət qədər idi. Misal üçün, o dövrdə Moskvada cəmi bir taksi avtomobili olduğu halda, 20 000-dən artıq at arabası vardı. Və əlbəttə, bu qədər minik vasitəsinə, onları biri-birindən fərqləndirən əlamətlər mütləq lazım idi. Avtomobillər üçün ilk nömrə nişanı Münhendə tətbiq edilib, bir qədər sonra isə Parisdə və s. və i.a.

Daha bir maraqlı faktı qeyd edək, Berlindən olan Rudolf Hersoq, sevdiyi xanıma bu orijinal hədiyyədən təqdim edərkən, hökümətdən qeydiyyat nömrə nişanının rəqəmlərinin qarşısında sevgilisinin ad və soyadının inisiallarlarını yerləşdirməyi xahiş edib. Beləliklə də avtomobil tarixində ilk hərfi simvollar meydana gəlib.

Related Post

Sabah yağış yağacaqSabah yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi

Sumqayıtda parkomatlar quraşdırılır: Qiymətlər isə paytaxtdan xeyli aşağıdır – VİDEOSumqayıtda parkomatlar quraşdırılır: Qiymətlər isə paytaxtdan xeyli aşağıdır – VİDEO

Artıq Sumqayıt şəhərində də parkomatların quraşdırılmasına başlanılıb. İlkin mərhələdə şəhər mərkəzi yerlərdə quraşdırılan parkomatların olduğu dayancaqlarda qiymətlər isə paytaxtla müqayisədə xeyli aşağıdır. Sumqayıt nəqliyyatın hərəkətində intensivliyi təmin etmək üçün atılan