Avtoreyd.Az Dörd çarx Diqqət! Bu yollarda rənglənmə işləri aparılır

Diqqət! Bu yollarda rənglənmə işləri aparılır


AvtoReyd.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininə istinadən məlumat verir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, M.A. Şərifzadə küçəsinin kəsişməsindən Əsəd Əhmədov küçəsinin (dairəvi yolunun) kəsişməsinə kimi olan hissədə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Anoloji işlər bu gün axşam saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi olan hissədə aparılacaq. Burda rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AvtoReyd.Az

 

Related Post

DİQQƏT!! Hərəkət qısa müddətlik məhdudlaşdırılır – XƏRİTƏDİQQƏT!! Hərəkət qısa müddətlik məhdudlaşdırılır – XƏRİTƏ

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə,asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah (13 dekabr) səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən