Avtoreyd.Az Gündəm Paytaxtda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsi ilə ödəniləcək

Paytaxtda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsi ilə ödəniləcək


Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, 14.07.2018 tarixindən 199 nömrəli müntəzəm marşrut xətti üzrə (Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.

“Gediş haqlarının “Bakıkart” vasitəsi ilə ödənilməsini təmin etmək üçün “Xaliq Faiqoğlu” şirkəti tərəfindən xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür. Bununla da nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatmış olur”, – deyə məlumatda vurğulanıb.

Related Post

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsi Milli Məclisdə müzakirə ediləcəkAzərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsi Milli Məclisdə müzakirə ediləcək

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi Azərbaycan Milli Məclisinin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. “Report”un xəbərinə görə, qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların