Əvvəlcə gəlin “taksi” anlayışının dünyada nə zaman yaranmasına nəzər salaq. İlk dəfə insanları pul ödəmək qarşılığında daşıyan şəxs fransalı sahibkar olub. Bu, 18-ci əsrdə baş verib və o zaman nəqliyyat vasitəsi qismində atlar qoşulmuş karetdən istifadə olunub. Belə ekipajlar “Fiakr” adlanıb.
Hazırda taksi, hərəkət etmək üçün ən məşhur nəqliyyat vasitələrindən biridir.
Statistikaya görə insanların əksəriyyəti, ayda heç olmasa bir dəfə bu nəqliyyat növündən istifadə edirlər.
Amerikada bir taksi sürücüsü öz avtomobilində içində dəyəri 300 min dollardan çox külli-miqdarda brilyant olan şübhəli çanta aşkarlayır. Uzun axtarışlardan sonra sürücü çantanın sahibini tapır. Bu, Nyu-Yorkdan olan məşhur zərgər olur. Çantanın sahibi minnətdarlıq əlaməti olaraq taksi sürücüsünə 10 min dollar və bilərzik təklif edir, lakin sürücü bundan imtina edərək bildirir ki, zərgərin ona ürəkdən təşəkkür etməsi kifayətdir.
Keçmişdə taksi qismində atların qoşulduğu nəqliyyat vasitələrindən istifadə olunduğu bir vaxtlarda, Avstraliyada belə bir qanun olub ki, atları istənilən vaxt yedizdirmək üçün karetdə bir qucaq ot olmalıdır. İndinin özündə belə Avstraliyada, artıq at qoşquları əvəzinə taksi qismində avtomobillərin fəaliyyət göstərdiyi bir vaxtda, sürücülər özüylə bir qucaq ot daşımağa davam edirlər. Bu qanunu pozduğu halda taksi sürücüsü lisenziyasından məhrum olur.
Rusiyada isə ilk taksi 1907-ci ildə fəaliyyətə başlayıb. Moskvada yaşayan hansısa bir şəxs öz avtomobilinə “Arabaçı” yazısı olan lövhəcik bərkidib. 20 il sonra artıq şəhərdə 200 belə avtomobil hərəkət etməyə başlayıb. Hazırda dünyada yeganə taksi muzeyi Moskvadadır. Bu muzeydə müxtəlif dövrlərdə bir çox ölkədə istehsal olunan avtomobillər sərgilənir.
Meksikanın paytaxtı Mexiko şəhəri fəaliyyətdə olan taksilərin sayına görə rekord vurur. Hər gün Meksika paytaxtında 60 mindən çox taksi xəttə çıxır.
Bir dəfə taksi bütöv bir döyüşü udmağa kömək edib. 1914-cü ildə fransızların müdafiə xəttini yaran almanlar, böyük qüvvə ilə Parisə doğru hərəkət edir. Fransız ordusunun uzaqda olmasına, nəqliyyat vasitələrinin də azlıq təşkil etməsinə baxmayaraq, məsələ dərhal həllini tapır. Qısa müddət ərzində Marna çayı sahillərinə 600 taksi (bəzi mənbələrə görə hardasa 1200), təxminən 6000-dən çox fransız əsgərini çatdırır. Alman qoşunları darmadağın edilir, həmin avtomobillər isə hazırda hamı tərəfindən “marna taksiləri” kimi tanınır.
Əksər dövlətlərdə indinin özündə belə istifadə olunan taksilərin xüsusi rəngə boyanılması metodu təxminən 60 il bundan əvvəl düşünülüb. Avtomobillər qara şahmat zolaqlı sarı rəngə boyanır. Avtomobilin içində rəng siqnalları var. Yaşıl rəng taksinin boş olduğunu bildirir.
Dünyada ən çox Moskva taksiləri gəlir gətirir. Bir il ərzində taksi sürücüləri ümumilikdə 2,5 milyard dollardan çox pul qazanır. Lakin qanuni şəkildə rəsmiləşdirilən qazanc, bu məbləğin cəmi beşdə bir hissəni təşkil edir.
Tarixdə ən bahalı taksi sifarişi 70 000 marka təxminən 15 min dollar təşkil edib. Finlandiyadan olan iki nəfər səyahətçi Nokia şəhərindən səfərə başlamaqla, İspaniyaya qədər bütün Avropa ərazisini keçərək geri qayıdıblar. Ümumilikdə onlar 20 min kilometrdən çox yol qət ediblər.
Dünyada ən bahalı taksi London kebləridir. Bu əbəs yerə belə deyil. Belə ki, bu taksinin hər bir sürücüsü Londonun bütün küçələrini əzbər bilir. Belə olmasa, o işə götürülmür.
Ən ucuz taksi isə Çindədir. Cəmi 10 dollar ödəməklə onlarla kilometr yol keçmək olar. Çin taksilərinin daha bir xüsusiyyəti isə ondan ibarətdir ki, sürücülərin demək olar ki, yarısını qadınlar təşkil edir.