Avtoreyd.Az Gündəm Geridönmə yerinin təşkili və səki boyunca dəmir məhəccərlər quraşdırma işləri vurulub yekunlaşıb

Geridönmə yerinin təşkili və səki boyunca dəmir məhəccərlər quraşdırma işləri vurulub yekunlaşıb


Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir.

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,bu çərçivədə artıq ərazidəki piyada keçidinin ətrafında səki boyunca dəmir məhəccər vurulub. Mövcud dayanacaq məntəqəsi köçürüldükdən sonra səkinin qalan hissəsi də məhəccərlənəcək. Analoji tədbir yolun qarşı tərəfində də aparılacaq.

Məlumat üçün onu da qeyd edək ki, Fəzail Bayramov küçəsində geridönmə yerinin təşkili işləri isə artıq yekunlaşıb. Bununla da ətraf ərazilərdə yaşayan sakinlərin Yusif Səfərov küçəsinə çıxışı asanlaşıb. Əvvəllər bunun üşün Xocalı və ya Babək prospektlərindən istifadə edən sürücülər artıq yeni təşkil edilən geridönmədən istifadə etməklə rahat şəkildə Yusif Səfərov küçəsinə çıxa bilirlər.

AvtoReyd.Az

Related Post

Baş Dövlət Yol Polisi İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib (Foto)Baş Dövlət Yol Polisi İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib (Foto)

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Daxili İşlər Nazirliyinin