Avtoreyd.Az Gündəm Paytaxtda daha 2 marşrut xətti fəaliyyətə başlayıb (Foto)

Paytaxtda daha 2 marşrut xətti fəaliyyətə başlayıb (Foto)


Bu gündən etibarən yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi – “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayıb.

Bu barədə AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma “BakuBus” MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçiriləcək. Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə olacaq. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi təşkil edilib.

Related Post

Nobel prospektində yeraltı piyada keçidinin inşası yekunlaşıb – VİDEO / FOTONobel prospektində yeraltı piyada keçidinin inşası yekunlaşıb – VİDEO / FOTO

“Azəravtoyol” ASC-dən  AvtoReyd.Az-a verəlin məlumata əsasən”Ağ şəhər” avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidində tikinti işləri yekunlaşıb. Artıq vətədaşlar keçiddən