Avtoreyd.Az Gündəm Avtobus və taksilərə görə bu ərazidə daim tıxac yaranır – VİDEO

Avtobus və taksilərə görə bu ərazidə daim tıxac yaranır – VİDEO


Dayanacaq boş olsa da avtobus sürücüləri yolun hərəkət hissəsində sərnişin götürürlər.

Avtobusların dayancağa girib-çıxmasını tənzimləyən nəzarətçilər isə sürücülərin qayda pozmasına şərait yaradırlar.

Yolda olan tuneldə dayanma və durma qadağan olunmasına baxmayaraq, taksi sürücüləri də qaydanı pozur. Nəticədə də hər iki vəziyyətdə yolda tıxac yaranır.

Xezerxeber.az məlumat verir ki, söhbət paytaxtın Nizami rayonu Neftçilər dairəsindən üzü Sabunçu rayonu Bakıxanov qəsəbəsi istiqamətinə gedən yoldan gedir.

Çəkiliş zamanı 30,32,35,40,57 və 60 saylı mərşurtlarda hərəkət edən avtobus sürücüləri belə qaydaları pozdu. Sürücülərdən bunun səbəbini soruşduqda isə müxtəlif bəhanələr gətirdilər.

Ərazidə avtobusların dayanacağa girib-çıxmasını tənzimləyən nəzarətçilər olmasına baxmayaraq onların başı nədənsə qatışıq idi. Ancaq çəkilişi görüb iş başına keçdilər.

Bu yolda taksi sürücüləri də tıxaca səbəb olurlar. Bu avtomobilin sürücüsü də tuneldə yolun əsas hissəsində saxlayaraq sərnişin düşürür.

Bunun əziyyətini isə yoldan istifadə edən digər sürücülər çəkir. Bir neçə dəqiqə tıxacda qalmaqla.

Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirib ki, sözügedən qayda pozuntusu ilə bağlı daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyir ki, ilin əvvəlindən indiyə qədər avtobus sürücüləri barəsində 1072 protokol tərtib edilib. Həmin protokolların 400-ə yaxını sırf sərnişin daşıma qaydalarının pozulması ilə bağlıdır. Belə sürücülər aşkar edilərsə onlara 3 bal və 60 manat cərimə tətbiq ediləcək.

AvtoReyd.Az

Related Post