Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,bu yaxınlarda yeni təşkil edilən 152 nömrəli müntəzəm marşrut xətti Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirir. Zirə sakinlərinin və bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilən xəttin əsas özəlliyi onun bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrut olmasıdır. Marşrut xətti üzrə sərnişindaşıma bu sahədə mövcud tələblərə cavab verən iki ədəd müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir. Ay ərzində bu marşrut xətti üzrə Zirə-Mərdəkan, eləcə də əks istiqamətdə 15-16 min sərnişin daşınır. Marşrut xəttinin istifadəyə verilməsi ilə Zirə qəsəbəsi sakinlərinin ictimai nəqliyyatdan istifadə etməklə şəhər mərkəzi eləcə də ətraf yaşayış yerlərinə gediş-gəlişi asanlaşıb.
Zirə sakinlərinə şad xəbər (Foto)
Related Post
Bakı-Yessentuki-Kislovodsk marşrutu üzrə avtobus reysi açılıbBakı-Yessentuki-Kislovodsk marşrutu üzrə avtobus reysi açılıb
Artıq hər həftənin cümə axşamı günləri, saat 10:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (Kompleks) Bakı-Yessentuki-Kislovodsk marşrutu üzrə avtobus reysi həyata keçirilir. AvtoReyd.Az məlumat verir ki, bu barədə Kompleksin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, Kislovodsk
Sürücülərə ŞAD XƏBƏR – PULSUZ parklanma yerləri ayrılacaq – VİDEOSürücülərə ŞAD XƏBƏR – PULSUZ parklanma yerləri ayrılacaq – VİDEO
Yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan və avtomobili olanlar üçün pulsuz parklanma yerləri ayrılacaq. Bununla bağlı artıq müvafiq qanunvericiliyə dəyişiklik də edilib. Bəs bu necə həyata keçiriləcək? Evlərinin
“Zapı”dan düzəldilən “buldozer“ hər kəsi təəccübləndirir (Video)“Zapı”dan düzəldilən “buldozer“ hər kəsi təəccübləndirir (Video)
Avtoreyd.az bildirir ki, çoxdan köhnəlmiş, öz dövrünü başa vuran avtmobildən belə möcüzə yaratmağı yalnız həqiqətən işinin ustası bacarar. Bu kiçik nəqliyyat vasitəsinə bu qədər əlavələrin edilməsi inanılmaz görünsə də, mümkün olub.