Avtoreyd.Az Dörd çarx Hövsan-Zığ yolunda təmir işləri yarımçıq saxlanılıb (Video)

Hövsan-Zığ yolunda təmir işləri yarımçıq saxlanılıb (Video)


İki il əvvəl əsaslı şəkildə təmirinə başlanılan Hövsan-Zığ avtomobil yolunda işlər yarımçıq saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyib ki, həmin yolda işlər qeyri-müəyyən səbəbdən təxminən 5 aydan artıqdır dayandırılıb. Yolun bir hissəsi təmir edilib, bəzi hissələrində isə işlər yarımçıq saxlanılıb.

Mövzuya münasibət bildirən Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, 25 kilometrə yaxın olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6.8 km olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17.7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulub. Qurum tərəfindən ilkin mərhələdə Zığ-Hövsan hissəsində 4 km-ə qədər yol təmir edilib.

Anar Nəcəfli, yolda təmir işlərinin yarımçıq saxlanılması məsələsinə də aydınlıq gətirib.

Qeyd edək ki, yolun 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Lənkəranda “Formula 1” üzrə Azərbaycan çempionatına start verilib – FOTOLənkəranda “Formula 1” üzrə Azərbaycan çempionatına start verilib – FOTO

Lənkəran şəhərində “Formula 1” üzrə Azərbaycan çempionatına start verilib. AvtoReyd.Az “Report”un Cənub bürosuna istinadən xəbər verir ki, yarış Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Avtomobil Federasiyası ilə birlikdə regionlarda avtoidman üzrə maarifləndirmə