Avtoreyd.Az Avtoxəbər Britaniyalı müəllimin sovet avtomobillərinə olan sevgisi (fotolar)

Britaniyalı müəllimin sovet avtomobillərinə olan sevgisi (fotolar)

| | 0 Comments | 06:02

 

Böyük Britaniyadan olan əmək müəllimi Ed Hyuces, keçmiş SSRİ-də istehsal olunan avtomobillərdən ibarət kolleksiya toplayıb. Onun qarajında sovet avtomobil sənayesinin klassik modelləri olan, ümumilikdə  16 avtomobil var.

Ed Hyuces kolleksiyanı 1991-ci ildən toplamağa başlayıb.  Əldə etdiyi ilk avtomobil isə VAZ-2107 olub. Həmçinin o, VAZ-2101, VAZ-2102, VAZ-2103 və VAZ-2105 avtomobillərinə də sahibdir. Bundan başqa Ed Hyucesin  kolleksiyasına 1972-ci ildə buraxılan “Moskviç-427”, “Zaporojets-968A” və sükanı sağ tərəfdə olan “Tavriya” avtomobilləri də daxildir.

SONY DSC

Hazırda kolleksiyaçı “Volqa-21” avtomobilini əldə etməyi arzulayır. Kolleksiyaçı sovet avtomobillərinin uzunömürlü və etibarlı olduğunu hesab edir.

Bundan başqa, britaniyalının qarajında, bir vaxtlar Almaniya Demokratik Respublikasında istehsal edilən üç ədəd “Vartburq” və bir ədəd “Trabant” avtomobilləri də var. Retro avtomobillərin əksəriyyətinin ona qəpik-quruşa başa gəldiyini deyən Ed Hyuces, onları  öz şəxsi imkanları hesabına bərpa etdiyini bildirib.

 

Bolton şəhərində anadan olan  Ed Hyuces  hazırda İngiltərənin Devonşir qraflığının əsas şəhəri olan Ekseter yaxınlığında yerləşən kənddəki  orta məktəbdə əmək müəllimi olaraq çalışır.

Qeyd edək ki, Böyük Britaniyaya sovet, həmçinin Rusiya istehsalı olan avtomobillər 1974-cü ildən 1996-cı ilə qədər ixrac edilib.

Related Post

“Renault” Almaniyanın “Daimler” avtomobil konsernindəki payını satıb“Renault” Almaniyanın “Daimler” avtomobil konsernindəki payını satıb

Fransanın avtomobil istehsalçısı “Renault” Almaniyanın “Daimler” avtomobil konsernindəki 1,54%-lik payını təxminən 1,143 milyard avroya satıb. AvtoReyd.Az xəbər verir ki, bu barədə Fransa şirkətinin açıqlamasında deyilir. Qeyd olunub ki, 16 448 378 səhm ədədi 69,5 avrodan satılıb.