Avtoreyd.Az Dörd çarx Aparılan təmir işləri ilə bağlı bir neçə marşrut xəttində dəyişiklik edilib

Aparılan təmir işləri ilə bağlı bir neçə marşrut xəttində dəyişiklik edilib


Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən  AvtoReyd.Az-a verilən məlumata görə,dəyişikliyə əsasən şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə gedən 2, 7A, 13, 14, 29, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının inzibati binasının qarşısındakı dayanacağadək hərəkət edəcəklər.

Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək.

67 və 83 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar şəhər istiqamətinə gedərkən müvəqqəti olaraq Binəqədi şosesindən keçməklə hərəkət edəcəklər.

Sərnişinlərimizdən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələrini xahiş edirik.

AvtoReyd.Az

Related Post

BNA dəmiryol keçidlərində yol nişanlarıni əlavə etməyə başlayıb (Foto)BNA dəmiryol keçidlərində yol nişanlarıni əlavə etməyə başlayıb (Foto)

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb. Bu barədə AvtoReyd.Az–a BNA-dan bildirilib. Qeyd edilib ki, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan