Səudiyyə Ərəbistanında videosu sosial şəbəkədə yayılan cütlük saxlanılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, videoda oğlanın qucağında oturan niqab geyinmiş qızın avtomobil sürməyi öyrənməsi və sevgilisinin onu yanağından öpməsi əks olunub.

Cütlük həmin anları kameraya çəkərək sosial şəbəkəyə yükləyiblər.

Video yükləndikdən bir müddət sonra cütlük saxlanılıb. Buna səbəb onların bu qədər səmimi olmasıdır.

Belə ki, Səudiyyə Ərəbistanından evli olmayan cütlüyün bir-biri ilə yaxınlığına icazə verilmir.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.