Avtoreyd.Az Gündəm Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.


Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 10-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-24, gündüz 25-28, Bakıda gecə 22-24, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.

Azərbaycanın rayonlarında avqustun 10-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 20-25, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 10-11-də Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temperaturunun bir qədər aşağı enməsi müsbət amildir.

AvtoReyd.Az

Related Post

Bakıda sürücünün avtobusda vəhşicəsində döyülməsinin YENİ GÖRÜNTÜLƏRİ (VİDEO)Bakıda sürücünün avtobusda vəhşicəsində döyülməsinin YENİ GÖRÜNTÜLƏRİ (VİDEO)

Bakıda avtobus sürücüsü vəhşicəsinə döyülməsinin yeni görüntüləri yayılıb.  BAKU.WS-in məlumatına görə, yeni görüntülərdə gənc oğlanın aqressiv davranmasının səbəbi görünür. Belə ki, qadın sərnişinlərdən biri avtobusa arxa qapıdan daxil olur və

İstirahət günlərində ölkədə 10 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 15-i yaralanıbİstirahət günlərində ölkədə 10 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 15-i yaralanıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 195 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb. AvtoReyd.Az xəbər verir ki,bu barədə məlumatı DİN yayıb, əvvəlki dövrlərdən bağlı