Avtoreyd.Az Dörd çarx Bakıda tramvaylar bərpa oluna bilər – RƏSMİ AÇIQLAMA (Video)

Bakıda tramvaylar bərpa oluna bilər – RƏSMİ AÇIQLAMA (Video)


Bakıda tramvayların hərəkəti yenidən bərpa edilə bilər. Bu barədə məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Komitə sədrinin sözlərinə görə, Bakı şəhərinin baş planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq.

Bakının nəqliyyat yükünü azaltmaq üçün tramvayların hərəkəti bərpa edilə bilər.

Bu ictimai nəqliyyatın hərəkəti ilə bağlı paytaxtın kifayət qədər təcrübəsi var. Qeyd edək ki, 90-cı illərin ortasına qədər tramvaylar paytaxtın demək olar ki, əksər hissəsində mövcud idi. Sözügedən ictimai nəqliyyat vasitəsinin yenidən bərpa edilməsi ilə bağlı müzakirələr gedir. Bu barədə məlumati Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.

Xəbərə şəhər sakinlərinin də reaksiyası yaxşı olub. Onlar da bu nəqliyyat vasitəsinin şəhərin estetik görkəminə müsbət təsir edəcəyini düşünürlər. Qeyd edək ki, bu nəqliyyat vasitəsi bərpa edilərsə paytaxtın ekaloji təmizliyinə də müsbət təsir edəcək.

Onu da qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş Planı çərçivəsində tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparacaq.

AvtoReyd.Az

Related Post

BNA bir neçə piyada keçidlərini bərpa edərək piyadaların istifadəsinə verdi (Foto)BNA bir neçə piyada keçidlərini bərpa edərək piyadaların istifadəsinə verdi (Foto)

Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibi Mais Ağayevin AvtoReyd.Az-a verdiyi məlumata görə,2017-ci ildə piyada keçidlərinin vəziyyəti ilə bağlı aparılan təhlillər nəticəsində aşkar edilən çatışmazlıqlar artıq aradan qaldırılıb. Müxtəlif küçə və prospektlərdəki standartlara uyğun olmayan