Avtoreyd.Az Dörd çarx Babək prospektində işlər nə zaman bitəcək? (Video)

Babək prospektində işlər nə zaman bitəcək? (Video)


Yeni dərs ili yaxınlaşdığından Babək prospektində aparılan yenidənqurma işləri də sürətləndirilib. Artıq prospektin 6 kilometrə yaxın hissəsində əsas işlər tamamlanmaq üzrədir. Hazırda prospektin 6-cı kilometr hissəsinə ikinci qat asfalt örtüyünün vurulması işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən bərpa edilən Babək prospekti birinci texniki dərəcəyə uyğun olaraq qurulur. Son mərhələdə yola 3-cü qat asfalt örtüyü vurulacaq.

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur.

Prospekt boyunca qaz xətləri, təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənib.

Bundan başqa mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur.

Avtomobil yolları dövlət agentliyinin sözçüsü Anar Nəcəfli bildirdi ki, yenidənqurma işlərinin cari ilin sentyabr-oktyabr aylarında yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Babək prospektinin istifadəyə verilməsi Bakının nəqliyyat yükünün azaldılmasına əhəmiyyətli dərəcədə təsir edəcək.

AvtoReyd.Az

Related Post

Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur (Video+Foto)Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur (Video+Foto)

Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində verdiyi tapşırıq və sərəncamlara əsasən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Sumqayıtda 25 nömrəli marşrut xətti niyə bağlandı? – RƏSMİ AÇIQLAMA (VİDEO)Sumqayıtda 25 nömrəli marşrut xətti niyə bağlandı? – RƏSMİ AÇIQLAMA (VİDEO)

Sumqayıtda daha bir marşrut xətti ləğv edilib. Xeberle.com-un məlumatına görə, yanvarın 8-dən 25 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılıb. Bu isə həmin marşrut avtobuslarının xidmətlərindən istifadə edən sərnişinlərin narahatlığına səbəb olub. Sərnişinlər Xeberle.com-a bildiriblər