Avtoreyd.Az Gündəm Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 4,6 milyon manat ayırıb

Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 4,6 milyon manat ayırıb


Prezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

AvtoReyd.Az məlumat verir ki, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Related Post

Bakıda kanalizasiya tullantıları maşınla daşınaraq yol kənarına tökülür – VİDEOBakıda kanalizasiya tullantıları maşınla daşınaraq yol kənarına tökülür – VİDEO

Quyulardan çıxan kanalizasiya tullantılarını maşınla daşıyaraq yaşayış evlərinin yaxınlığına tökürlər. Nəticədə də yaxınlıqda yaşayan sakinlər üçün problem yaranır. Xezerxeber.az məlumat verir ki, söhbət Abşeron rayonu Mehdabad qəsəbəsi ”Binəqədi Gənclər Şəhəriciyin”də