Avtoreyd.Az Dörd çarx Bakıda yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib (Foto)

Bakıda yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib (Foto)


Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib, standartlara cavab verməyən eyni səviyyəli piyada keçidlərinin yerləri dəyişdirilərək uyğun vəziyyətə gətirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri AvtoReyd.Az-a Mais Ağayev bildirib.

Məlumatda qeyd edilib ki, Məhəmməd Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində, Suraxanı rayonu Bahar qəsəbəsində, Qara Qarayev prospekti kənar yolda, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Xocalı prospekti ilə Sergey Senyuşkin küçəsinin kəsişməsində, Mirzəağa Əliyev küçəsinin Bülbül prospekti ilə kəsişməsində, Mərdanov qardaşları küçəsində və digər ünvanlarda başlanılıb.

Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərhələli şəkildə Bakıda yerləşən və yararsız hala düşmüş eynisəviyyəli piyada keçidləri yenilənərək vətəndaşların müraciətləri və mütəxəssislərimizin araşdırmaları nəticəsində məqsədəmüvafiq hesab edilən yerlərdə yeni eyni səviyyəli piyada keçidləri təşkil ediləcək.

Related Post

Mərdəkanda 4 küçə təmir edilib diqərlrində işlər davam etdir – FOTOMərdəkanda 4 küçə təmir edilib diqərlrində işlər davam etdir – FOTO

Agentlikdən AvtoReyd.Az– a verilən məlumata görə,Bakı şəhərinin və onun qəsəbələrinin yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı işlər

Bu yolda nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaqBu yolda nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcürstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər