Avtomobili harda gəldi park edən sürücülərə qarşı reyd keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində belə sürücüləri aşkar edərək cərimələyib. Məqsəd piyadaların təhlükəsizliyini təmin etməkdir.
Çəkiliş zamanı məlum olub ki, polisin ərazidə xidmət aparmasına baxmayaraq, sürücülər yollarını qısaltmaqdan ötrü piyadaların həyatını təhlükəyə ataraq səki ilə hərəkət edirlər.
Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Qəhrəman Qələndərovun sözlərinə görə, gün boyu yol patrul xidmətinin əməkdaşları rayon ərazisində dayanma- durma qaydasını pozan və qadağan edilmiş yolda hərəkət edən belə sürücülərə qarşı reyd keçirir.
Reyd zamanı 20-dən çox sürücüyə inzibati qaydada protokol tərtib edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: