Avtoreyd.Az Gündəm Prezident Şəmkirdə yol tikintisinə 4,8 milyon manat ayırıb

Prezident Şəmkirdə yol tikintisinə 4,8 milyon manat ayırıb


Prezident İlham Əliyev sentyabrın 4-də “Şəmkir rayonunun Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

AvtoReyd.Az xəbər verir ki, yetmiş bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

AvtoReyd.Az

Related Post