Avtoreyd.Az Avtoxəbər Bakıda sürücü yolun bağlanmasına belə etiraz etdi – Qəribə addım – VİDEO

Bakıda sürücü yolun bağlanmasına belə etiraz etdi – Qəribə addım – VİDEO


Yol tikintisinə əsəbiləşən sürücü buna mane olmağa çalışıb.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan tragikomik hadisə Bakıda təmir işləri aparıldığı üçün bağlanan Binəqədi-Novxanı yolunda baş verib. 01-BK-863 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü maşını texnikanın təkərləri arasında saxlayıb.

Yolu təmirə bağlayan ”Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçiləri sürücülərdən birinin qəribə etirazı ilə qarşılaşıb. Bir neçə gündür təmirə başlanmış Binəqədi-Novxanı yolunda sürücülərdən biri mütləq bağlanmış hissəyə keçməli olduğunu bildirib. Ona yolun təmirlə əlaqədar bağlı olduğu izah edilib. Buna etiraz edən sürücü isə maşınını yolun təmirində istifadə edilən qreyderin təkərlərinin arasında saxlayıb.

Anar Nəcəfli deyir ki, başlamzadan əvvəl təmir ediləcək yola alternativlər müəyyən edilir və sürücülərə ordan istifadə edilməsi tövsiyyə olunur. Ancaq mütəmadi olaraq sürücülər bənzər etirazlar edir.

“Azəravtoyol”dan bildirirlər ki, sürücülərin təmir gedən yola buraxılması işlərin ləngiməsinə səbəb ola bilər. Ona görə də, bu cür etirazlar qəbul edilmir.

Tövsiyyə olunur ki, sürücülər təmir işləri zamanı anlayışlı olsunlar. Çünkü həmin yolun tez bir vaxtda təmir edilərək istifadəyə verilməsi başlıca olaraq sürücülərin rahat hərəkətini təmin etməyə xidmət edir.

Related Post