Son günlər bəzi yollarda sürücülərin törətdiyi qayda pozuntularından birinə düzgün hüquqi qiymət verilməməsi barədə məlumatlar əldə edirik. Söhbət bütöv nişanlanma xətti olan yerdə qaydaları pozaraq ötmə manevri edilməsindən gedir.Bir neçə gün bundan əvvəl Bakının Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki qayda pozuntusu qeydə alınıb.AvtoReyd.Az-ın WhatsApp nömrəsinə göndərilən videodan göründüyü kimi svetofun qarşısında sıxlıq yaranıb.Bundan istifadə edən 90 AP 150  “Kia” və 99 NT 208 “NİVA” markalı avtomobillər əks istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün tətbiq olunmuş xətin tələblərini pozaraq tam nəqliyyat axınına əks istiqamətdə hərəkət ediblər.Görünür bu sürücülər hamıdan fərqlənərək vaxta qənaət ediblər.Amma bu fərqlilik qanula onlara baha başa gəlir.Belə ki,İXM-ın 327.4 madəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə,4 bal və yüz manat məbləğində cərimə edilir.

AvtoReyd.Az sözügedən videonu sizə təqdim edir:

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.