Avtoreyd.Az Gündəm Şabran-Əmirxanlı-Qazbabalı yolunun tikintisi üçün 8,6 milyon manat ayrılıb

Şabran-Əmirxanlı-Qazbabalı yolunun tikintisi üçün 8,6 milyon manat ayrılıb


Prezident İlham Əliyev Şabran rayonunun Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 6 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AvtoReyd.Az

Related Post

Goranboyda yol tikintisinə 5,7 milyon manat ayrılıbGoranboyda yol tikintisinə 5,7 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az-ın məlumatına görə, 15 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi məqsədi