Dörd çarx

Mingəçevirdə piyadalara qarşı reyd keçirilib (Foto)

Mingəçevir şəhərində keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan piyadalara xəbərdarlıq edilib.

 AvtoReyd.Az “Report”un Şirvan bürosuna istinadən xəbər verir ki, axşam saatlarına təsadüf edən reyd şəhərin Heydər Əliyev prospektində, Nərimanov, 20 Yanvar və onlarla kəsişən küçələrdə həyata keçirilib.

Reydin məqsədi yol hərəkəti qaydalarını pozaraq qəza vəziyyəti yaradan piyadaların müəyyən edilməsi və maarifləndirilməsi olub. Reyd ərzində 60-a yaxın qayda pozucusu saxlanılaraq onlarla xəbərdaredici söhbətlər aparılıb. Eyni zamanda 35 qayda pozucusuna yol polisi əməkdaşları tərəfindən inzibati protokollar tərtib edilib.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər və velosipedçilər də aşkarlanaraq onlara qarşı müvafiq tədbirlər görülüb. Ən əsası isə yol polisi əməkdaşları ehtiyac yarandığı hallarda təkbaşına dolaşan azyaşlıların əlindən tutaraq yolu müəyyən olunmuş hissədən keçmələrinə yardım edib.

 AvtoReyd.Az 

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.