Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində koomunikasiya xətlərinin yenilənməsi və yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar Nəriman Nərimanov prospektinin Mirzağa Əliyev küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Prospektdən keçən nəqliyyat vasitələri müvəqqəti olaraq təşkil edilən yola yönləndirilib. Mirzəağa Əliyev küçəsinin Nəriman Nərimanov prospektinə çıxışda da məhdudiyyət tətbiq edildiyindən sürücülər alternativ olaraq ətraf küçələrdən istifadə edə bilərlər.
Bu istiqamətdə hərəkət qismən məhdudlaşdırılıb
Related Post
Azərbaycan ötən il avtomobil idxalını 2 dəfədən çox artırıbAzərbaycan ötən il avtomobil idxalını 2 dəfədən çox artırıb
Azərbaycana 2017-ci ildə avtomobil idxalı 2016-cı illə müqayisədə 7 352 ədəd və yaxud 127,95% (2,3) artıb. Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, 2016-cı ildə xaricdən Azərbaycana 5 746 ədəd avtomobil
Mingəçevir-Bəhramtəpə yolunun respublika üçün əhəmiyyəti (Video)Mingəçevir-Bəhramtəpə yolunun respublika üçün əhəmiyyəti (Video)
Ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir. Son illərdə respublika
DİQQƏT! Bu ərazidə rənglənmə işləri aparılacaqDİQQƏT! Bu ərazidə rənglənmə işləri aparılacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məluumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.