Avtoreyd.Az Dörd çarx Mir Cəlal küçəsi istifadəyə verildi (Video+Foto)

Mir Cəlal küçəsi istifadəyə verildi (Video+Foto)


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir. Bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Nəsimi rayonu Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən hərəkət hissədə deformasiyalar əmələ gəlmişdi.

Qurumdan AvtoReyd.Az-a verilən məlumata görə,əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 24 m təşkil edir.

2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 22 m-dən 24 m-ə qədər genişləndirilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Layihəyə uyğun olaraq ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülüb. Bunun üçün aidiyəti qurum tərəfindən yolun hərəkət hissəsi 5-6 metr enində qazılıb. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı beton boruların içi ilə çəkilib. Yol ayrıcında yerləşən dirəklər ləğv edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun bərpası işləri görülüb. Yol ayrıcı sökülüb, alt hissəsi 1 m dərinlikdə qazılaraq yararsız qrunt çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib. Anoloji işlər yolun mövcud hərəkət hissəsində də aparılıb. Yüksək gərginlikli elektirk xəttinin çəkilişi ilə əlaqədar olaraq qazılan əraziyə təqribən 0.8-1 m dərinlikdə yararlı qrunt tökülərək yeni yol əsası inşa edilib.

Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhbə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub.

Bundan başqa vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kv.m mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 3500 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb, ayrıcı zolağa tamet daşlar döşənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq  yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq  Mir Cəlal küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

AvtoReyd.Az

Related Post

“Bakubus”un sürücüsü sərnişinləri ölümdən son anda xilas etdi (VİDEO)“Bakubus”un sürücüsü sərnişinləri ölümdən son anda xilas etdi (VİDEO)

Bakıda avtomobil sürücüsü kobud şəkildə qaydaları pozub.   AvtoReyd.Az-ın BAKU.WS-ə istinadən verdiyi məlumatına görə, Füzuli küçəsi, Heydər Əliyev sarayının yaxınlığında “Bakubus”ın qəfil qarşısına çıxan avtomobil qəzalı vəziyyət yaradıb. Avtobus sürücüsü sayıqlığı əldən verməyib

Dayanacaqların bir-birinə yaxın qoyulması mübahisələrə səbəb olur – VİDEODayanacaqların bir-birinə yaxın qoyulması mübahisələrə səbəb olur – VİDEO

Dayanacaqların bir-birinə yaxın qoyulması sürücülər ilə sərnişinlər arasında mübahisəyə səbəb olur. Sürücülər avtobusu hansı dayanacaqda saxlayacaqlarına qərar verə bilmirlər. Xezerxeber.az-ın məlumatına görə, məsələn, Sumqayıtın Babək küçəsində iki dayanacaq arasında cəmi 15-20

Binəqədi rayonu Şövkət Məmmədova küçəsi təmir olunub (Video+Foto)Binəqədi rayonu Şövkət Məmmədova küçəsi təmir olunub (Video+Foto)

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Binəqədi rayonu Şövkət Məmmədova küçəsi təmir olunub. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə,təmir işləri yüksək