Avtoreyd.Az Dörd çarx İlk sürücüsüz tramvay nümayiş olundu

İlk sürücüsüz tramvay nümayiş olundu


“Siemens” şirkəti “İnnoTrans-2018” dəmir yolu nəqliyyatı və innovasiyaları sərgisində “Combino” adlı sürücüsüz tramvayını nümayiş etdirib.
AvtoReyd.Az Faktor.az-a istinadən xəbər verir ki, sürücüsüz tramvay Şərqi Almaniyada yerləşən Potsdam şəhərinin küçələrində sınaqdan keçirilib.
Tramvay müvafiq yerlərdə dayanmalar etsə də, sərnişin götürməyib. Şirkətin nümayəndələri və jurnalistlər sərnişin rolunda çıxış ediblər.
Sınaqlar vaxtı sürücüsüz tramvay depodan çıxaraq 6 km-lik marşrut üzrə dövrə vurub. Sözügedən nəqliyyat vasitəsi oriyentasiya təyin etmək üçün lidar, radar, yüksək təsvir ölçüsünə malik kamera və şəhər nəqliyyat sisteminin məlumatlarından istifadə edib.
Çətin vəziyyətlər və onlara reaksiyaların tanınması alqoritmlərinin işlənib hazırlanması Karlsruye Universitetinin alimlərinə tapşırılıb. Layihə o qədər uğurla inkişaf etdirilir ki, sərgidə yaxın vaxtlarda sürücüsüz tramvayın kommersiya versiyasının təqdim ediləcəyi ideyası səsləndirilib.

Related Post

Tovuzda dağların partladılması üsulu ilə yeni yol salınırTovuzda dağların partladılması üsulu ilə yeni yol salınır

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. Rayonun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi