Avtoreyd.Az Gündəm Rusiyada minik taksiləri haqqında yeni qanun

Rusiyada minik taksiləri haqqında yeni qanun


Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi qadağan oluna bilər.

AvtoReyd.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Dövlət Dumasının aşağı palatasına minik taksiləri haqqında yeni qanun layihəsi təqdim olunub. Qanun layihəsinə əsasən, Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi ya məhdudlaşdırıla, ya da qadağan edilə bilər.

Jurnalistlərə müsahibəsində Dumanın nəqliyyat və tikinti komitəsinin sədri Yevgeni Moskviçov əminliklə deyib ki, bu cür tədbir taksi sürücülərinin sayının azalmasına və daşıma qiymətlərinin artmasına səbəb olmayacaq. Deputatın sözlərinə görə, son vaxtlar taksilərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı artıb, sərnişinlər sürücülərin marşrutu və rus dilini bilməməsindən şikayət edirlər.

Y.Moskviçov qeyd edib ki, sürücülərin iş saatı da nəzarətdə saxlanılmalıdır. “İstər Rusiya vətəndaşı olsun, istərsə də MDB ölkələrinin vətəndaşı, heç kimin onları 24 saat işlətməyə haqqı yoxdur”, – deyə deputat vurğulayıb.

Related Post

Bu prospektindəki dayanacaqların əksəriyyətində “BakıKart” aparatı yoxdurBu prospektindəki dayanacaqların əksəriyyətində “BakıKart” aparatı yoxdur

Azadlıq prospektindəki əksər dayanacaqda ”BakıKart”ı tanıyan terminal yoxdur. Həmin prospektdən keçən avtobusların əksəriyyətində isə ödəniş “BakıKart”la edilir. Odur ki, terminalların olmaması sərnişinləri çətinliyə salıb. Xezerxeber.az-ın məlumatına görə, sərnişinlərin tək istəyi

BNA-nın baş direktoru: “İslam Həmrəyliyi Oyunları zamanı tamaşaçıların daşınması üçün 228 avtobus cəlb olunub”BNA-nın baş direktoru: “İslam Həmrəyliyi Oyunları zamanı tamaşaçıların daşınması üçün 228 avtobus cəlb olunub”

“Nəqliyyat tədbirlərinin düzgün koordinasiyası paytaxt sakinlərinin gündəlik həyatında yarana biləcək maneələrin minimuma endirilməsinə imkan verəcək”. AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Azərbaycanın birinci