Əfsanəvi səyyah və qütb tədqiqatçısı, britaniya alim, ser Ernest Şekltonun nəticəsi Patrik Bergel dünya rekordu vurub. O, 2,2 litrlik dizel mühərrikli Hyundai Santa Fe avtomobilində Antarktidanın cənubundan şimalınadək çətin məsafəni qət edib.
Milli.Az ABC-yə istinadən bildirir ki, o, Cənub Qütbünü də keçib. “Union Camp” stansiyasından yola çıxan P.Bergel marşrutunu “McMurdo” stansiyasında başa vurub.
Ernest Şeklton Antarktidanı keçməyi arzulayırdı.
“Hyundai Motor”un dəstəklədiyi 30 günlük ekspedisiya ötən ilin dekabrında Şekltonun 1914-1917-ci illərdəki Transantarktik ekspedisiyasının 100 illik yubileyi şərəfinə reallaşdırılıb.
Avtomobilin və ekspedisiyanın hazırlanmasıda “Arctic Trucks”ın əməkdaşı, Antarktidada ən təcrübəli sürücülərdən hesab olunan Gisli Conson aktiv iştirak edib.