Avtoreyd.Az Gündəm Yağış yağacaq, dolu düşəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Yağış yağacaq, dolu düşəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ


Aprelin 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN-dən  verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 7-9 dərəcə isti, gündüz 14-18 dərəcə, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 22-də güclü xəzri küləyinin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında aprelin 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 5-10 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Aprelin 22-dən 25-dək ölkə ərazisində hava şəraitinin küləkli olacağı, qərb və şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.APA

http://www.youtube.com/watch?v=4E9xwJr5YiE

Related Post