Avtoreyd.Az Gündəm Sürücünü yanacaqdoldurma məntəqəsində aldatmaq mümkündürmü? (Video)

Sürücünü yanacaqdoldurma məntəqəsində aldatmaq mümkündürmü? (Video)


Sürücülər iddia edir ki, müxtəlif yanacaqdoldurma məntəqlərində eyni markadan olan yanacaqla fərqli məsafələr qət edilir. Bunu yanacağın keyfiyyəti və ya çənə tökülən həcmin göstərildiyi qədər olmaması ilə izah edirlər.

Sürücü: “Zapravka var ki, vururam 85 km yol gedir. Başqa petroldan vururam 130 km gedir. Müxtəlif fərqləri var”.

Sürücü: “Komputeri elə qurub ki, 10 litr vurulur, onun 9 litri ora gedir. Tabloda 10 litr yazılır. Heç kimin xəbəri olmur ondan”.

Ekspertlər hesab edir ki, yanacaq oğurluğu əvvəlki illərə nisbətən azalmaq əvəzinə daha da genişlənir.

Ərşad Hüseynov – Ekspert: “Deyirlər ki, eyni avtomobillə Rusiyada, Gürcüstanda hərəkət edəndə bu qədər yanacaq işlədirəm. Azərbaycanda hərəkət edəndə bu qədər yanacaq”.

Əgər siz də aldanmaq istəmirsinizsə, avtomilə yanacaq vurarkən, avtomobilin içində yox, sayğacın qarşısında gözləməyiniz məsləhət görülür. Bir də sayğacın sıfırdan başlamasına və ödədiyiniz pulun ekranda tam görsənməyinə əmin olmağınız məsləhətdir.

Yanacaqdoldurma məntəqələrinin nümayəndələri isə deyilənlərlə razılaşmır.

Elşən Sucayev – Növbə rəisi: “Burda yalan söhbət ola bilməz. Nə var odur. 20 manat vurur. Yazdı ora götürdü pistoleti vurdu ora. Onu necə aldatmaq olar? Bəzi zapravkalarda ola bilər. Amma burda 30 saniyədən sonra sıfırlanır”

Ekspertlər məsələnin həlli üçün yanacaqdoldurma məntəqələrinə nəzarətin gücləndirilməsini vacib sayır.

Related Post

Benzinin qiyməti artacaq? “Azpetrol” şirkətinin baş direktoru AÇIQLADIBenzinin qiyməti artacaq? “Azpetrol” şirkətinin baş direktoru AÇIQLADI

“Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirib. AvtoReyd.Az-in APA-ya istinadən xəbərinə görə, “Caspian Energy” jurnalına müsahibəsində C. Məmmədov

Məktəblərin ətrafı dayanacağa çevrilib – Aidiyyati qurumlar hərəkətə keçdi – VİDEOMəktəblərin ətrafı dayanacağa çevrilib – Aidiyyati qurumlar hərəkətə keçdi – VİDEO

Bakıda iki məktəbin ətrafındakı səkilərdə və yolun hərəkət zolağında avtomobilləri park ediblər. Nəticədə həm yolda tıxac yaranır, həm də məktəbdən çıxan şagirdlərin şəxsi avtomobillərə minidirlib-düşürdülməsində problem yaranır. Xezerxeber.az-ın məlumatına görə,