Avtoreyd.Az Dörd çarx Bakı-Şamaxı yolunun bir hissəsi genişləndirilir (Video+Foto)

Bakı-Şamaxı yolunun bir hissəsi genişləndirilir (Video+Foto)


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.

Layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. Yenidənqurma işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

Qurumdan AvtoReyd.Az-a verilən məlumata görə,layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edəcək.

Layihəyə uyğun olaraq işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri yerinə yetirilir. Digər hissələrdə layihəyə uyğun torpaq işləri və yatağın tikintisi işləri aparılır. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib.

Magistralın bu hissəsində iki ədəd yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Körpülər yolun 1114.5-ci km-də Acıdərə çayı və 117-ci km-də Pirsaatçay üzərindən salınır.  Acıdərə çayı üzərində tikiləcək körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğunda olacaq.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə, bura xüsusi qrunt gətirilərək  yol yatağının əlavə bərkidilməsi işləri görülür,  dəmir-beton svaylar vurulur, monolit-beton istinad divarları və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanallar inşa edilir.

Bundan başqa layihə çərçivəsində 15 ədəd ( 675.8 p/m ) dairəvi borunun,  yol boyu zəruri olan ərazilərdə  3 ədəd ( 176.8 m ) alt keçidin inşası da aparılır.

27.5 metr enində torpaq yatağının inşası işlərindən sonra, yol əsasının inşası işlərinə başlanılıb. Yol əsası 2 laydan ibarət olmaqla 24 sm qalınlıqda hamarlayıcı lay və 22 sm qalınlıqda dənəvər tərkibli laydan ibarətdir. Yol əsası hazır olan hissələrdə yolun hərəkət hissəsinə və bərkidici zolağa 3 laydan ibarət asfalt-beton örtüyün döşənməsi işlərinə də start verilib. Asfalt-beton tərkibli yol geyimi 17 sm qalınlıqda bitumlu əsasdan, 7 sm-lik orta dənəli asfaltdan və 5 sm qalınlıqda olan xırda dənəli asfaltdan ibarətdir. Beləliklə ümumilikdə yol geyimi 95 sm hündürlükdə olacaq.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

Related Post

Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur – VİDEO / FOTOBalakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur – VİDEO / FOTO

Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Agentliydən AvtoReyd.Az-a verilən məlumata görə, Balakən rayonunda da bu tədbirlər çərçivəsində 2017-ci ildə 44

Paytaxtın bu küçəsi əsaslı şəkildə yenidən qurulur – VİDEO / FOTOPaytaxtın bu küçəsi əsaslı şəkildə yenidən qurulur – VİDEO / FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir.Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin