Avtoreyd.Az Dörd çarx Qubada sərnişin avtobusları yenilənir

Qubada sərnişin avtobusları yenilənir


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.

AvtoReyd.Az xəbər verir ki, bunu DANX-nin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, artıq Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd “Hyundai County” markalı avtobuslar yeni “İsuzu” markalı avtobuslarla əvəz edilir. Sabahdan həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.

Related Post

Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur (Video+Foto)Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur (Video+Foto)

Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində verdiyi tapşırıq və sərəncamlara əsasən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi