Avtoreyd.Az Dörd çarx Bakıda avtobus sürücüsündən təhlükəli idarətmə (Video)

Bakıda avtobus sürücüsündən təhlükəli idarətmə (Video)


Bakıda sərnişinlə dolu avtobus qapısı açıq şəkildə idarə olunur. Həm arxa, həm də ön qapıdan sərnişinlər sallaşaraq gedirlər.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər Bakıda, Ziya Bünyadov prospektində çəkilib. Kadrlardan aydın olur ki, sərnişindaşıma qaydaları 71 saylı xəttə məxsus 90-BK-864 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü tərəfindən pozulur. Həmin avtobuslar metronun “Koroğlu” stansiyası yaxınlığından “Azadlıq” stansiyasının yaxınlığına sərnişin daşıyırlar. Sözügedən avtobusların sürücüləri etiraf edirlər ki, xüsusən pik saatlarda sərnişin sayı çox olduğundan bəzən belə mənzərələr yaranır.

Sözügedən xəttin dispetçeri Tərlan Ələkbərov deyir ki, həmin görüntülərlə bağlı daşıyıcı şirkət tərəfindən müəyyən tədbirlər görüləcək. Onun sözlərinə görə, əvvəllər də bu kimi problemlə üzləşiblər. Ona görə də sərnişin sıxlığı nəzərə alınaraq avtobusların sayı artırılıb, interval isə 5 dəqiqəyə endirilib.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülərdə sərnişindaşıma qaydaları pozulub. Vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda polisə məlumat verməlidirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Sərnişinlər 107 saylı marşrutdan narazıdır – “Avtobuslar on beş dəqiqəlik yolu bir saata gedirlər” (Video)Sərnişinlər 107 saylı marşrutdan narazıdır – “Avtobuslar on beş dəqiqəlik yolu bir saata gedirlər” (Video)

Bakıətrafı qəsəbələrə hərəkət edən 107 saylı sərnişin avtobusu adətən 15 dəqiqəyə gedilən yolu 45 dəqiqəyə və ya bir saata gedir. Bunu sərnişinlər iddia edir. Bildirirlər ki, avtobusda həmişə sıxlıq olur,

Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTOAğstafa-Köçəsgər avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO

Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi və yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən avtomobil yolu artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir. Ağstafa-Köçəsgər avtomobil