Avtoreyd.Az Gündəm Bu ərazidə sürücülər piyada zolağına məhəl qoymur (Video)

Bu ərazidə sürücülər piyada zolağına məhəl qoymur (Video)


Bakıda dərsdən çıxan zaman 9-cu sinif şagirdini avtomobil vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində yerləşən 179 nömrəli tam orta məktəbin qarşısında baş verib. 9-cu sinif şagirdi Məftunə Əlizadə məktəbdən çıxıb yolu keçmək istəyən zaman hərəkətdə olan minik avtomobili onu vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb.

Səhiyyə Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, Məftunə Əlizadəyə sağ topuq nahiyəsinin əzilməsi diaqnozu qoyulub və xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə baş verən ərazidə çəkiliş apardığımız zaman övladlarını məktəbə gətirən valideynlər bildirdilər ki, dərs mövsümü açılandan bu vaxta qədər məktəbin qarşısındakı yolda ümumilikdə 4 şagirdin vurulması ilə nəticələnə yol nəqliyyat hadisəsi baş verib. Valideyinlərin sözlərinə görə, bu cür hadisələrin baş verməsinə səbəb isə yolda piyada zolağının olmasına baxmayaraq sürücülərin buna məhəl qoymaması və avtomobili sürətlə idarə etmələridir.

Vətəndaşlar belə hadisələrin baş verməməsi üçün yolda aidiyyəti qurumlar tərəfindən tədbirlər görülməsini istəyirlər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev “Xəzər Xəbər”ə bildirdi ki, əraziyə baxış keçiriləcək və problemin qarşısını almaq üçün zəruri tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Süpürgəçilərin təhlükəsizliyi necə qorunur? – Gözlənilməz ölüm…Süpürgəçilərin təhlükəsizliyi necə qorunur? – Gözlənilməz ölüm…

Süpürgəçilərin işi  gözlənilməz hadisələrlə zəngindir. AvtoReyd.Az Metbuat.az-a istinadən xəbər verir ki, bəzən bu gözlənilməzlik onlara həyatları bahasına başa gəlir. Qaranlıq küçələri təmizləyərkən sözügedən təhlükə qaçılmaz olur. Məsələ ilə bağlı Nərimanov rayon Mənzil Kommunal

Proqnozlar Bürosu qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyini açıqlayıbProqnozlar Bürosu qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyini açıqlayıb

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 11-i gündüz saatlarınadək davam edəcək”. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova