Avtoreyd.Az Gündəm Sürücülük vəsiqəsinə görə yeni dövlət rüsumu qüvvəyə minib

Sürücülük vəsiqəsinə görə yeni dövlət rüsumu qüvvəyə minib


Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu qüvvəyə minib.


AvtoReyd.Az “Bakupost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kollegiyası bununla bağlı “Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də müvafiq dəyişiklik edib.

Noyabrın 5-dən qüvvəyə minən qərara əsasən sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə artıq 18 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 29 iyun 2018-ci il tarixli qanuna əsasən sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği 18 manatdan 25 manata qaldırılıb.

Related Post

Yasamalda piyada keçidi problemi: sakinlər hər gün ölümlə üz-üzə – VİDEOREPORTAJYasamalda piyada keçidi problemi: sakinlər hər gün ölümlə üz-üzə – VİDEOREPORTAJ

Bakının Yasamal rayonu ərazisində, “Qanlı Göl” yaşayış massivinin yaxınlığından keçən magistral yolda piyada keçidinin olmaması sakinlərin ciddi narazılığına səbəb olub. “Report”un məlumatına görə, massivin ərazisində tez-tez piyada ölümləri və xəsarət almaları