Avtoreyd.Az Dörd çarx Bu marşrut xətləri üzrə avtobuslar yenilənib (Foto)

Bu marşrut xətləri üzrə avtobuslar yenilənib (Foto)


Bu gün səhər saatlarından 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir.

AvtoReyd.Az xəbər verir ki, bu barədə “Report”-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O həmçinin qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib.

Qeyd edək ki, noyabrın 8-də agentlik məlumat yayıb ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Qurumun İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Related Post

Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu tikilir (Video+Foto)Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu tikilir (Video+Foto)

Birbaşa olaraq sənaye, kənd təsərrüfatı və turizmin inkişafına, bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirməsinə gətirib çıxaran yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən