Avtoreyd.Az Gündəm Avtomobillərin parklanması üçün yeniliklər ediləcək (Video)

Avtomobillərin parklanması üçün yeniliklər ediləcək (Video)


Bakıda avtomobillərin parklanması ilə bağlı bir sıra yeniliklər olacaq. Ən mühüm yeniliklərdən biri parklanmaya görə xidmət haqqının ödənilməsi ilə bağlıdır. Xezerxeber.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi bununla bağlı iş aparır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, gözlənilən yenliklərdən biri də parklanma yerlərinin zonalara uyğun olaraq bölünməsi olacaq.

Bundan başqa, ödənişlər nağdsız şəkildə həyata keçiriləcək. Həmçinin gələn ildən Agentlik tərəfindən şəhərin müəyyən girişlərində elektron tabloların quraşdırılması planlaşdırılır. Bu tablolar vasitəsi ilə sürücülər ən yaxın parkinq və boş yerlər barədə məlumatlar əldə edə biləcəklər.

İş mərkəzlərində çalışanlar üçün də xüsusi güzəştlər nəzərdə tutulur.

Ərşad Hüseynov deyir ki, bu yeniliklərin tətbiqi paytaxtda nəqliyyat axınına müsbət təsir edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Prezident İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edibPrezident İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib. AvtoReyd.Az-ın xəbərinə görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat