Avtoreyd.Az Dörd çarx Sürücülərə çətin anlar yaşadanlara qarşı tədbir görüləcək(Video)

Sürücülərə çətin anlar yaşadanlara qarşı tədbir görüləcək(Video)


Gecə saatlarında avtomobili ilə yolda hərəkət edən sürücü sayrışan işıqlarını yandırıb.

Xezerxeber.az-ın məlumatına görə, avtomobilin arxa hissəsinə quraşdırılan bu işıqlar arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri üçün çətin anlar yaşadıb.

Bu görüntülər sürücülərdən biri tərəfindən çəkilərək “Xəzər Xəbər”in votsap nömrəsinə göndərilib.

Qaydaları pozan avtomobilin dövlət qeydiyyat nişanı ”10-MB-405”dir. Kadrlar isə Sabunçu rayonu, “Sovxoz Ramana” kimi tanınan ərazidə çəkilib.

Kadrları çəkən sürücünün dediyinə görə, həmin avtomobilin sürücüsü heç nə olmamış kimi eyni əməlini yol boyu davam etdirib. Sözügedən qayda pozuntusuna isə digər sürücülərin münasibəti birmənalıdır. Onlar bu kimi halın böyük qəza riski yaratdığını deyirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, televiziyada və sosial şəbəkələrdə yayılan istənilən qayda pozuntusu ilə bağlı videolar polis tərəfindən araşdırılır. Bu qayda pozuntusuna yol verən sürücü də müəyyən edilərək barəsində qanunauyğun şəkildə tədbir görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)

175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin

Sərnişinlər qapıdan sallanıb gedir: Belə hallara pik saatlarda rast gəlinir – VİDEOSərnişinlər qapıdan sallanıb gedir: Belə hallara pik saatlarda rast gəlinir – VİDEO

Sərnişinlər avtobusun içərisində deyil, qapıdan bayırda, qapıdan sallanaraq gedirlər. Paytaxtdakı sərnişin avtobuslarından birində qeydə alınan hadisənin görüntülərini vətəndaşlardan biri çəkərək “XəzərXəbər”in votsap nömrəsinə göndərib. Avtobusun sahibkarı hadisənin baş vermə səbəbini