Avtoreyd.Az Gündəm Sürücülərin diqqətinə! Yol polisi reydlərə başladı (Video)

Sürücülərin diqqətinə! Yol polisi reydlərə başladı (Video)


Avtomobillərin yan şüşələrinə sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də, yəni ötən gündən başa çatıb. Artıq bu gündən yol polisi qaydaya əməl etməyənlərə qarşı reydlərə start verib.

Reyd zamanı xeyli sürücüyə cərimə yazılıb.

Xezerxeber.az-ın məlumatına görə, yol polisinin pərdə və plyonkalara verilən icazənin başa çatması ilə əlaqədar bir neçə gün əvvəl etdiyi xəbərdalığa hələ də məhəl qoymayan sürücülər var.

Bakıda Yasamal rayon yol polisi şöbəsinin əməkdaşları rayon ərazisində belə sürücülərə qarşı reyd keçirib.

Reyd zamanı avtomobilin arxa yan şüşəsini pərdə ilə idarə edən sürücü qayda pozamasını etraf edib və elə yol polisinin yanında da pərdəni söküb.

Mətbuat prospektində saxlanılan sürücü isə günün tarixini səhv saldığını deyərək özünə haqq qazandırmağa çalışıb.

İcazə verildiyi müddətdə bir çox sürücü avtomobilin yan şüşəsinə görünüşü bir qədər az məhdudlaşdıran plyonka vurur. Bu da mövsümün sonunda yol polisi ilə sürücü arasında mübahisələrə səbəb olur.

Yol polisi Məsim Hüseynzadə deyir ki, görünüşü məhdulaşdıran vasitələrə yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir. Bu qaydalara əməl etməyən sürücülər inzibati qaydada cərimə olunacaqlar.

Qeyd edək ki, yol polisi bu cür reydləri hələ bir neçə gün davam etdirəcək.

Related Post

Goranboyda yol tikintisinə 5,7 milyon manat ayrılıbGoranboyda yol tikintisinə 5,7 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az-ın məlumatına görə, 15 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi məqsədi

General oğlunun döydüyü sürücü: “Arxadan yumruq vurdu, başım asfalta dəydi…” (VİDEO)General oğlunun döydüyü sürücü: “Arxadan yumruq vurdu, başım asfalta dəydi…” (VİDEO)

Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə barədə danışıb.   AvtoReyd.Az-in məlumatına